Şaxtyor un yetirməsi Turan Tovuz da RƏSMİ

10.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz" müqavilə əsasında Rusiyanın "Lokomotiv" (Moskva) klubuna məxsus olan Mark Mampassini transfer edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi icarə əsasında mövsümün sonunadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Donetsk "Şaxtyor"unun (Ukrayna) yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada "Mariupol, Türkiyədə "Antalyaspor", Belçikada isə "Kortriyk"in formasını geyinib.

Ukrayna Premyer Liqasında "Mariupol"un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika Yüksək Liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью