“Şaxtyor”la “Dinamo” asan qələbə qazandı | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir. Ukrayna futbolunun nəhəngləri hesabat turunda elə bir çətinlik çəkmədi.
“Şaxtyor” LNZ ilə səfər oyununun 20-ci dəqiqəsində artıq 3:0 öndə idi. Sonda komandaların vurduğu bir qol heç nəyi dəyişmədi.
Hələ ki məğlubiyyət tanımayan “Dinamo” çempionluğa doğru daha bir addım atdı.
Baxmayaraq ki, rəqib avrokuboklara vəsiqəyə iddialı “Krivbass” idi.
Hər hissədə bir qol vuran kiyevlilər sona 6 tur qalmış ən yaxın izləyicisini 6 xal qabaqlayır.Ən yaxın izləyici “Aleksandriya”dı.
77 yaşını tamamlayan bu komanda “Rux”la səfər oyununda heç-heçə etdi.
Maraqlıdı ki, “Rux” indiyə qədər çempionatda “Aleksandriya” ilə keçirdiyi 10 oyunun heç birində uduzmayıb – 2 qələbə, 8 heç-heçə.Səfərdə “Obolon”a uduzan “Çernomorets” tədricən aşağı yuvalanmaqdadı.
Emil Mustafayev “dənizçilər”in heyətində 78-ci dəqiqədə göründü və heç nə ilə yadda qalmadı.
Tam oxu
Xəbəri oxu