Sayəmdə çoxlu pul qazanırlar

14.04.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aparıcı Xoşqədəm Hidayətqızı onu parodiya edən yumor ustalarından danışıb. 

Milli.Az xəbər verir ki, aktyor Fərda Xudaverdiyevin onu parodiya etdiyini eşidən aparıcı verilişində ona cavab verib:

"Danışsın, halal xoşları olsun. Parodiya edənlər sayəmdə çox gözəl pullar qazanırlar. Onlardan hər zaman bir şey istəmişəm: "Səni axtarıram"dakı dərdli insanların parodiya edilməsinin əleyhinəyəm. Etməyin, dərdindən məcbur qalıb efirə çıxana dəyməsinlər. Məni edin, dərdli insanları yox, rica edirəm. Heç kim bilmir ki, sabah hansı dərdi yaşayacaq. Sabah sənin balan onun kimi olacaq, ya yox". (Axşam.az)
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью