Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Fransız rejissoru Kristof Han sovet film-nağıllarını çox sevdiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, İz.ru saytına verdiyi müsahibədə danışıb.
Rusiyaya gəldikdən sonra Hanın gördüyü ilk iş sovet rejissorları Sergey Eyzenşteyn, Andrey Tarkovski və Aleksandr Ptuşkonun dəfn yerlərini ziyarət etmək olub. Rejissor onları öz qəhrəmanları adlandırıb.
"Mən sadəcə rejissor deyiləm, bildiyiniz kimi, mən kino həvəskarıyam və sizin kimi əvvəllər kino jurnalisti olmuşam. Bütün bu insanlar mənim kumirlərimdir. Onlar kinonun simasını dəyişdiriblər və mən şəxsən onlara əbədi borcluyam. Bu borcu bütün həyatım boyu ödəyəcəyəm", - deyə rejissor söyləyib.
K.Han "Saylent Hillə qayıdış" filminə Şərqi Avropa koloriti qatmaq istədiyini deyib. Buna görə də film Serbiyada çəkilib.
"Buna görə də yeni "Silent Hill" filminin birinci hissəsindən fərqli teksturaya, fərqli atmosferə sahib olduğunu görməmək mümkün deyil. Mən də məhz bunu istəyirdim. Çünki deməliyəm ki, mən uzun müddətdir Şərqi Avropa kinosunun pərəstişkarıyam".