Saymon Steel: “COP29un ilk iki günündə böyük irəlləyişə nail olduq” KONKRET | Icma.az
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“COP29 iqlim konfransının ilk günündə tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyişə nail olub və vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəliblər”.
KONKRET.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Steel iqlim konfransının ikinci günündə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, proses 10 illik fəaliyyətin nəticəsidir: “ 6-cı maddə BMT-nin hansısa bürokratiyası deyil .
Karbon bazarlarının işə salınması ölkələrə emissiyaları azaltmaqdan daha tez və daha ucuz iqlim planlarına nail olmağa kömək edəcək.
Bu onillikdə emissiyaları yarıya endirməkdən hələ çox uzaqdayıq. Amma COP29-da karbon bazarlarında qələbə bizə kömək edəcək.
Biz inkişaf etməkdə olan ölkələrin yeni maliyyə axınlarından faydalanmasını təmin etməliyik.
6-cı maddə ilə bağlı hələ çox iş görülməlidir və bu , bütün fikirlərin nəzərə alınmasını təmin edəcək ” , – deyə Steel bildirib.
Tam oxu
Xəbəri oxu