Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əvvəllər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin əsasən gələcək nəsillərin xilas edilməsinə yönəldiyini deyirdilər.
Lakin indi qlobal iqlim böhranında mühüm dəyişiklik baş verib.
Sitat.info xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılışında bildirib.
"İqlim böhranı sürətlə iqtisadiyyatların "qatilinə" çevrilir. Məhz indi, bu gün, bu siyasi dövrdə.
İqlim dəyişikliyinin nəticələri bir çox ölkələrin ÜDM-nin 5%-ə qədər azalmasına səbəb olur. İqlim böhranı həyatın dəyərinin böhranıdır.
Çünki iqlim fəlakətləri müəssisələrin və ev təsərrüfatlarının xərclərinin artmasına səbəb olur", - S.Stil vurğulayıb.
Onun sözlərinə görə, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə daha cəsarətli addımlar atmazsa, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın kəskin artımına səbəb olacaq: “İqlim maliyyələşdirməsi inflyasiyaya qarşı qlobal sığortadır.