Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Williams” komandasının pilotu Karlos Sayns 2025-ci ildə qazandığı podiumları Formula-1 karyerasında ən çox sevinc yaşadığı nəticələr sırasında göstərib. Bu uğurlar arasında Azərbaycan Qran-prisində əldə etdiyi podium da var.
İdman.Biz xəbər verir ki, "Formula-1"in rəsmi saytında yayımlanan müsahibədə ispaniyalı pilotun Azərbaycan və Qətər Qran-prilərində qazandığı podiumların “Williams” üçün 2021-ci ildən sonra ilk belə nəticələr olduğu xatırladılıb.
Sayns həmin mövsümdə ABŞ Qran-prisinin sprint yarışında da ilk üçlükdə yer alıb. Beləliklə, o, “Williams”dakı ilk ilində iki əsas yarışda və bir sprintdə podiuma yüksəlib.
“Həmin podiumlar, yəqin ki, "Formula-1" karyeramda ən çox sevindiyim podiumlar olub”, - deyə Sayns bildirib.
İspaniyalı pilot bu nəticələri komandaya keçərkən qarşısına qoyduğu məqsədin doğruluğunu göstərən uğurlar kimi qiymətləndirib. Onun sözlərinə görə, “Williams”ı yenidən uğurlu komandaya çevirmək istəyi seçimində əsas rol oynayıb.
Sayns çətin keçən 2026-cı il mövsümünə baxmayaraq, vəziyyəti dəyişə biləcəklərinə inandığını vurğulayıb. O, 2027-ci ili komanda ilə həyata keçirdikləri layihənin ən vacib mövsümü adlandırıb.
Qeyd edək ki, Sayns Las-Veqas Qran-prisində "Formula-1" karyerasının 250-ci yarışına çıxmağa hazırlaşır.