Sayt rəhbərinə 8 il həbs cəzası verilib | Icma.az
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan “Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Reyting.az APA-ya istinadla bildirir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov 8 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb.Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu