Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sərhədaz.az” saytının baş redaktoru Asim Abdullayev və “RealAzərbaycan.az” saytının təsisçisi Dəyanət Babayevi təhqir etməkdə ittiham olunan İhamə Kərimova saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, ona Cinayət Məcəlləsinin 148-2.2.2-ci (əməlin iki və ya daha çox şəxsə qarşı törədilməsi), 148-2.2.3-cü (şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədilməsi) və 148-2.2.4-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədilməsi) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İhamə Kərimova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin