“” saytına kiberhücum yüksək olub | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizə qarşı davamlı kiberhücumlar müşahidə olunub.
Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti “cop29.az” internet informasiya ehtiyatına yönəlib.
Qeyd olunub ki, ümumillikdə, sammit dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 1,09 milyard sorğu qeydə alınıb.
COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olduğuna görə adıçəkilən xidmət tərəfindən dərhal bloklanma həyata keçirilib.
Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı, digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub.
Ən çox hücum “cop29.az” saytına və “gov.az” zonasının Adların Domen Sisteminə edilib.
Eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Data Mərkəzində yerləşən dövlət qurumlarına məxsus bir sıra serverlərə və “president.az” saytına çoxsaylı kiberhücümlar qeydə alınıb.
Tam oxu
Xəbəri oxu