saytının 4 yaşı tamam olub

15.11.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az xəbər portalının fəaliyyətə başlamasından 4 il ötür.

Lent.az xəbər verir ki, saytın baş redaktoru Azər Ayxan sosial şəbəkə hesabında bu münasibətlə paylaşım edib.

O bildirib ki, ötən 4 il ərzində Globalinfo.az Azərbaycan mediasında özünəməxsus yer tutmağı, oxucu etimadı qazanmağı və beynəlxalq informasiya məkanına çıxmağı bacarıb.

Baş redaktor qeyd edib ki, saytın materiallarına xarici mediada da istinad olunur, portalın üç xarici dil versiyası fəaliyyət göstərir.

Azər Ayxan Globalinfo.az-ın fəaliyyətində dürüstlük, obyektivlik və peşəkarlıq prinsiplərinin əsas götürüldüyünü vurğulayıb.

“Oxuculara minnətdarıq. Onlar bizim ən etibarlı müttəfiqimiz, dəstəkçilərimizdir!” – deyə baş redaktor bildirib.

Azər Ayxan saytın uğurlarında kollektivin xüsusi rolunu qeyd edərək əməkdaşlarını təbrik edib və Globalinfo.az-ın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью