Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Saytların çökməsinin bir neçə səbəbi var. Proqramlaşdırma dillərdən düzgün istifadə olunmaması, server infrastrukturunun zəif olması, eyni zamanda kənar hücumları göstərmək olar.
Bu fikirləri Yeniazerbaycan.com-a açıqlamasında İdeal Web Network" təsisçisi Elşad Qasımlı bildirib. Onun sözlərinə görə, sayt hazırlanarkən yol verilən texniki problemlər gələcəkdə ciddi problemlərə gətirib çıxardır: "Bundan əlavə normadan kənar sorğular serverin yüklənməsinə yol açdığında görə saytda sürət zəifliyi və çökmə baş verir".
E. Qasımlı son olaraq bildirib ki, veb sayt sifarişi zamanı peşəkar mütəxəssislərə müraciət etmək vacibdir.
Havar Şəfiyeva