Sazı atıb tutmaqla aşıq olmursuz Əməkdar artistdən irad

17.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Çox heyif ki meyxanaçılar meyxananı çərçivəsindən çıxardılar".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Tarixin bir günü" verilişində deyib.

Əməkdar artist aşıq musiqisi və meyxana aləmində olan dəyişikliklərdən danışıb:

"Mən çox istərdim ki, meyxanaçılar meyxananın kökünü dəyişməsinlər. Bu aşıq musiqisinə də aiddir. O sazı atıb-tutmaqla aşıq musiqisindən çıxmış olursuz. Mən çox istərdim ki, muğam necə dövlətimiz tərəfindən qorunur, mühafizə olunur meyxana və aşıq sənəti də qorunsun. Saz müqəddəs alətdir. Bu alətlə insanlar döyüşə gedib zamanında, onu qeyri ciddi təqdim etmək olmaz".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью