Sberbank 2025ci ildə Bakıda BMTnin iqlim konfransında yaşıl texnologiyalar laboratoriyası …
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BMT-nin İqlim Dəyişmələri Konfransında Sberbankın xüsusi sessiyası keçirilib.
Sessiyada dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş yaşıl texnologiya həlləri müzakirə olunub.
Sberbank iqlim və ekologiya sahəsində problemlərin həlli üçün 2025-ci ildə Yaşıl Texnologiyalar Laboratoriyası yaratmağı planlaşdırdığını bəyan edib.
Son illər yaşıl texnologiyalar bazarında qlobal səviyyədə sürətli artım müşahidə olunur.
Bu bazarın illik artım tempi orta hesabla 30 faizə çatsa, 2030-cu ilə qədər həcmi 12 trilyon dollara çata bilər.
Artımın əhəmiyyətli hissəsi rəqəmsal həllər sayəsində əldə ediləcək, çünki onların tətbiq potensialı çox genişdir.
Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə rəqəmsal texnologiyalar enerji, material istehsalı və nəqliyyat kimi ən çox enerji sərf edən üç sektorda qlobal emissiyaların 2050-ci ilə qədər 20 faizədək azaldılmasına kömək edə bilər.
Tam oxu
Xəbəri oxu