“Schneider electric” ilə enerji anlaşması

27.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən Azərbaycan Dövlət Neft Şirkəti ilə “Schneider Electric” şirkəti ara­sında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memoran­dumu imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Sch­neider electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar. Memorandum enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndiril­məsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi, həmçinin seçilmiş obyektlərdə pi­lot layihələrin qiymətləndirilməsi və həya­ta keçirilməsi planlaşdırılır.

Eyni zamanda, tərəflər birgə layihələr, texniki xidmət və təcrübə mübadiləsi, məhsulların yerli istehsalı imkanlarının araşdırılması, eləcə də dayanıqlılıq və xalis sıfır emissiya hədəfləri istiqamətində birgə fəaliyyət göstərəcəklər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью