Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
26 noyabr 2026-cı il tarixində SOCAR ilə “Schneider Electric” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Memorandum enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi, həmçinin seçilmiş obyektlərdə pilot layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda, tərəflər birgə layihələr, texniki xidmət və təcrübə mübadiləsi, məhsulların yerli istehsalı imkanlarının araşdırılması, eləcə də dayanıqlılıq və xalis sıfır emissiya hədəfləri istiqamətində birgə fəaliyyət göstərəcəklər.