SDF səhvən 30 milyon dollarlıq ABŞ İHAnı vurdu

12.12.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

CNN-in bir çox rəsmilərə əsaslanaraq paylaşdığı xəbərə görə, Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi terror SDQ qüvvələri 30 milyon dollarlıq MQ-9 Reaper pilotsuz uçuş aparatını səhvən vurub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hər biri təxminən 30 milyon dollar dəyərində istehsal olunan PUA-nın qəzaya uğraması ilə bağlı ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi deyib ki, “ABŞ Hərbi Hava Qüvvələri dekabrın 9-da Suriya üzərində “Inherent Resolve” əməliyyatı çərçivəsində fəaliyyət göstərən pilotsuz MQ-9 Reaper ilə əlaqəni itirib” ifadəsini işlətsə də, İHA-nın itməsinin səbəbi açıqlanmayıb.

Dağıntı görüntülərində bunun ABŞ istehsalı olan MQ-9 Reaper olduğu görülüb.

Təxminən 30 milyon dollar dəyərində olan İHA-nın dost atəşinə məruz qaldıqdan sonra qəzaya uğramasından sonra ABŞ vergi ödəyicilərinin pullarının boşa getdiyinə dair şərhlər edildi. 

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью