SDQ nin hücumu nəticəsində 11 hərbçi ölüb, 25 dən çox yaralı var

22.01.2026

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qeyri-qanuni silahlı birləşmə kimi fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən bu ölkə ordusunun mövqelərinə edilən PUA hücumu nəticəsində 11 hərbçi ölüb, 25-dən çoxu yaralanıb.

AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, hücum tərəflər arasında əldə edilmiş dördgünlük atəşkəs qüvvəyə minəndən sonra baş verib.

Qeyd edilməlidir ki, Suriyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bütün cəbhə boyu dördgünlük atəşkəs elan edib. Suriya mənbələrinə görə, buna baxmayaraq, SDQ atəşkəs rejimini dəfələrlə pozub.

Suriya ordusu SDQ-yə qarşı əməliyyatlarını genişləndirib. Əməliyyatlar SDQ-nin silahlarını təhvil vermələri və vahid Suriya ordusuna inteqrasiyası üzrə keçirilən danışıqların nəticəsiz yekunlaşmasından sonra başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью