SDQ qüvvələri Müdafiə Nazirliyinin tərkibinə daxil edilir

17.02.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya Demokratik Qüvvələrinə (SDQ) bağlı qüvvələrin “Hayat Tahrir al-Sham” (HTŞ) rəhbərliyi ilə yaradılan müvəqqəti Suriya hökumətinin tərkibindəki Müdafiə Nazirliyinə qoşulma prosesi başlayıb.  

BU barədə komandan Mazlum Abdi bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Abdi bu gün verdiyi açıqlamada Dəmışq rəhbərliyi ilə əldə olunan razılaşmanı dəyərləndirib və razılaşmanın artıq sahədə icra olunmağa başlandığını bildirib. 

Abdi razılaşmaya əsasən SDQ-nin çıxmalı olduğu bölgələrdən geri çəkilmə prosesinin də davam etdiyini qeyd edib. İnteqrasiya işlərinin davam etdiyini vurğulayan Abdi deyib: 

“Qüvvələrimiz Suriya Müdafiə Nazirliyi ilə birləşəcək. Hazırda bu inteqrasiya prosesi üzərində işləyirik və qüvvələrimizin nazirliyin tərkibinə daxil edilməsi ilə bağlı prosedurları həyata keçiririk”. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью