Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Sea Breeze”nin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir.
Ümumilikdə 12 poloçunun mübarizə apardığı turnirdə Argentina və Cənubi Afrika Respublikasından olan idmançılar da komandaların heyətində yer alırlar.
Yarışda “Red Star”, “Sankt Moritz”, “Elite Polo Club” və “Moscow Polo Club” komandaları iştirak edir.
Turnirin ilk oyunu saat 16:00-da başlayıb. Açılış matçında “Red Star” və “Sankt Moritz” komandaları qarşılaşır.
Günün ikinci görüşündə isə “Elite Polo Club” və “Moscow Polo Club” üz-üzə gələcək.
“Beach Polo” formatında keçirilən hər oyun 4 çukkerdən ibarət olacaq.
Yarışları ümumilikdə təxminən 500 tamaşaçının izləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Sea Breeze 2026” turnirinə sentyabrın 13-də yekun vurulacaq.
III MDB Oyunları: Qırğızıstan çövkən yığması bürünc medal qazandı III MDB Oyunları: Azərbaycanın çövkən yığması finalda Qarabağ atları Türkiyədə çövkəni dirçəldəcək Fatih Köşe: “Çövkən ortaq mədəni irsimizdir” III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda