Sea Breeze də hovuzda uşaq təhlükəli vəziyyətdə qaldı

14.08.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda uşağın ayağı su nasosunda sıxılıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumat daxil olduqdan sonra dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Hazırda FHN əməkdaşları tərəfindən uşağın xilas edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Hadisənin digər detalları və uşağın vəziyyəti barədə hələlik məlumat verilməyib.

FHN əlavə məlumatın veriləcəyini açıqlayıb.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью