Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Sea Breeze-in Gürcüstandakı ilk satış ofisinin təntənəli açılışı baş tutub.
Marja xəbər verir ki, tədbir çərçivəsində Sea Breeze-in kommersiya direktoru Ayaz Tağıyev və satış və investisiyalar üzrə direktoru Ena-Kameliya Məlikova birlikdə rəmzi lenti kəsərək yeni ofisin rəsmi açılışını həyata keçirdilər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ena-Kameliya Məlikova qonaqlara Xəzər dənizinin sahilində yerləşən unikal Sea Breeze kurort şəhəri, onun layihələri, infrastrukturu, eləcə də yaşayış və investisiya imkanları haqqında məlumat verib.
Sea Breeze maketi formasında hazırlanmış tort açılışa xüsusi rəng qatıb.
Gürcüstanda ofisin açılması Sea Breeze-in genişlənməsi və beynəlxalq fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.