Sea Breeze işçi axtarır

08.02.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sea Breeze Resort & Residences

Komendant (Rezidensiyalar üzrə)

Son tarix 06 mar 2026 – recruitment@seabreeze.az

İşin təsviri:

Rezidensiya ərazisinin təmiz, səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək; Rezidensiya ərazisində aparılan təmir və texniki işlərin icrasına nəzarət etmək; Aşkarlanmış texniki və digər qüsurlar üzrə qüsur aktlarının tərtib edilməsi və rəhbərliyə təqdim olunması; Rezidentlərin müraciətlərini operativ şəkildə qəbul etmək, yaranmış problemlərlə dərhal maraqlanmaq və həllini təmin etmək; Rezidentlərlə gündəlik ünsiyyətin düzgün və peşəkar şəkildə qurulmasını təmin etmək; Aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək və iş prosesinin fasiləsizliyini təmin etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Təcrübə və bacarıqlar:

Ali və ya orta ixtisas təhsili (üstünlükdür); Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (üstünlükdür); Azərbaycan, rus və ingilis dillərini ən azı orta səviyyədə bilmək; MS Office proqramları ilə işləmə bacarığı; Rezident və qonaqlarla ünsiyyətdə nəzakətli, səbirli və məsuliyyətli olmaq; Yüksək ünsiyyət və problem həll etmə bacarıqları; Stressə davamlılıq və çevik qərarvermə qabiliyyəti; Növbəli iş qrafiki ilə işləmək imkanı.

İş şəraiti:

İş günləri: həftədə 5 gün, növbəli iş qrafiki; Əməkhaqqı: 1000 AZN (netto); İş yeri: Sea Breeze Resort / Nardaran qəsəbəsi; Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur; Sabit iş mühiti və uzunmüddətli əməkdaşlıq imkanı.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən xahiş olunur:

CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər; Mövzu hissəsində “Komendant (Rezidensiya üzrə)” qeyd etsinlər.

Qeyd: Namizədlər ilkin CV seçimi mərhələsindən keçiriləcək və yalnız uyğun namizədlərlə e-mail və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq, müsahibəyə dəvət ediləcəklər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью