Sea Breeze və Paulaner müqavilə imzalayıb

25.03.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sea Breeze" və "Paulaner" brendi müqavilə imzalayıb.

Marja.az xəbər verir ki, müqaviləni "Sea Breeze"də kommersiya icarəsi şöbəsinin rəhbəri Elbəy Rzayev və Azərbaycanda  "Paulaner" brendinin rəsmi tərəfdaşı "TABIA Group" şirkətinin Baş icraçı direktoru Uygar Kocas  imzalayıblar.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müqavilə "Paulaner Wirtshaus Baku Sea Breeze" restoranının açılmasını nəzərdə tututr.

Restoran "Marina Village" kompleksinin mərkəzində, yaxta klubunun yaxınlığında yerləşəcək.

Açılış 2027-ci ilin mart ayının sonuna planlaşdırılır.

Qeyd edək ki, "Paulaner" 1634-cü ildən bəri Münhen şəhərində istehsal olunan dünyaca məşhur Alman pivə markasıdır.

Həmçinin oxu Bu yay "Sea Breeze" ərazisində italyan və Mərakeş restoranı açılacaq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью