“Sea Breeze Walk of Fame”də Tahir Salahovun ulduzunun açılış mərasimi keçirildi FOTO | Icm…
Icma.az, Bizim media portalına istinadən məlumat verir. “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında daha bir adlı ulduzun açılış mərasimi o
Dövlət və beynəlxalq səviyyədə çoxsaylı mükafatlara layiq görülmüş rəssam zəngin mədəni irs yaradıb.
O, UNESCO yanında Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının fəxri prezidenti, Fransiya İncəsənət Akademiyasının müxbir üzvü, İspaniyanın San-Fernando Kral İncəsənət Akademiyasının müxbir üzvü, Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü olub.
Onun yaradıcılığında milli ənənələr müasir bədii baxışla üzvi şəkildə vəhdət təşkil edir.Məhz bu xüsusiyyət rəssam Tahir Salahovu XX əsrin ən mühüm fiqurlarından birinə çevirib.Rəssamın mənəvi dərinliyi, obrazlı-estetik quruluşu və metaforik çoxmənalılığı ilə seçilən əsərləri bütöv bir dövrün bədii salnaməsini yaradır.
Onun yaradıcılıq təkamülü daim yeni məna qatlarının axtarışı ilə səciyyələnir və bu, sənətkarın həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda qazandığı şöhrətin daxili hərəkətverici qüvvəsidir.Tahir Salahovun sənətində nə fasilə, nə də eniş var idi.
Onun həyatı ruhlandıran yaradıcılıq və daxili azadlıqdan zövq alma nümunəsi idi.
Mərasim qonaqlarını salamlayan rəssamın qızı, tanınmış heykəltəraş və rəssam Aydan Salahova tədbir iştirakçılarına minnətdarlığını bildirib, atasının yaradıcılığına göstərilən diqqət və ehtirama görə məmnunluğunu ifadə edib.
Mərasim ərəfəsində “Nine Senses” incəsənət mərkəzində rəssamın nəvəsi, rəssam Kayxan Salahov tərəfindən hazırlanmış nadir videoarxiv materiallarının nümayişi olub.Videokadrlar Tahir Salahovun müxtəlif illərdə verdiyi müsahibələrdən maraqlı fraqmentləri əks etdirib.
Tam oxu
Xəbəri oxu