Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binaları tikdirən “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətə cəlb edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi) maddəsi ilə protokol tərtib edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “Nardaran İnvest” 5 min manat cərimə edilib.
Həmin qərardan narazı qalan şirkətin direktoru apellyasiya qaydasında şikayət verib. Şikayətdə qeyd olunub ki, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şirkət rəhbərliyi tərəfindən verilən şikayət təmin edilməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi) maddəsi ilə protokol tərtib edilib.