“Sea Breeze”də Yay İdman Festivalı keçiriləcək

26.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Avqustun 27-28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalı keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Shore House”un qarşısındakı meydançada təşkil olunacaq festival hər iki gün saat 16:00-dan 19:00-dək davam edəcək.

Tədbir çərçivəsində basketbol 3x3, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirlə mübarizə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-reslinq və avarçəkmə olmaqla 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif fəaliyyətlər təşkil olunacaq.

Festivalın açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini ödənişsiz sınamaq, bacarıqlarını yoxlamaq və onlarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью