Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini sevənlərinin ixtiyarına verib.
BAKU.WS xəbər verir ki, pop ulduz bu dəfə bəstəkar, pianoçu Bəbir Bəbirli ilə bir araya gəlib.
Sənətçilər ölməz bəstəkar Ramiz Mirişlinin repertuarına müraciət ediblər. Onlar "Səadət" mahnısını ifa ediblər.
Yeni duet artıq bütün musiqi platformalarında və Xalq artisti Tünzalə Ağayevanın şəxsi "Youtube" kanalında yayımlanıb.
Xalq artisti yaranan işlə bağlı təəssüratlarını bölüşüb: "Bildiyiniz kimi, bu dueti bizdən öncə böyük sənətkarlar ifa ediblər.
Onlardan dahi Elmira Rəhimova və Yaşar Səfərovu xüsusi vurğulamaq istərdim. Çünki Elmira xanımın səsi hər zaman qulağımızda olub.
Onunla böyümüşük. "Səadət" bizim xalqımızın sevimli mahnılarındandır. Belə klassik əsərləri yaşatmaq bizim nəslimizin borcudur.