Səbail 1/4 finalda

03.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk iştirakçısı bəlli olub.

"Unikal" xəbər verir ki, 1/8 finalda I Liqa təmsilçisi “Mingəçevir”ə 2 cavabsız qolla qalib gələn “Səbail” adını növbəti raunda yazdırıb.

Premyer Liqa klubunun heyətində qolları 53-cü dəqiqədə Emin Rüstəmov və 62-ci dəqiqədə Nihad Quliyev vurublar.

“Səbail” 1/4 finalda “Qəbələ” – “Qarabağ” matçının qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 finalın digər oyunları bu gün və sabah keçiriləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью