“Səbail” Azərbaycan çempionatlarında 100 cü səfər qolunu vurub

03.02.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyununda (1:1) vurulan qol “Səbail” üçün əlamətdar olub.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, Bakı klubu ölkə çempionatlarında 100-cü səfər topuna imza atıb. Yubiley qolunu Madi Keta vurub.

100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.

Qeyd edək ki, “Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə səfər oyununda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью