“Səbail” baş məşqçisi ilə yollarını ayırıb RƏSMİ

27.11.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra “Səbail”in İdarə Heyətinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.

İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İdarə Heyəti məşqçi heyətinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Bölgə klubunun yeni baş məşqçisi bəlli olub "Qarabağ"ın oyununun biletləri satışa çıxır “Fənərbaxça” – “Ferencvaroş” matçı bu kanalda Millimizin üzvü Qırğızıstan klubundan ayrılıb Hakimləri təhqir edən futbolçular və məşqçilər cəzalandırılıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью