“Səbail” baş məşqçisini təqdim etdi

12.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Cavid Hüseynov "Səbail"in yeni baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, sabah komandasını ilk dəfə məşqə çıxaracaq. Məşqdən 15 dəqiqə öncə isə KİV nümayəndələri üçün "ASCO Arena"da brifinq təşkil ediləcək.
Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью