Səbail Borussiya nın sabiq futbolçusunu bəyənməyib

12.02.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Səbail" Coy-Slayd Mikkels haqda yekun qərarını verib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Bayıl təmsilçisi almaniyalı futbolçunu bəyənməyib.

Bir müddətdir ki, baxışda olan 30 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunun etimadını qazanmayıb.

Qeyd edək ki, Slayd "Sabah"ın futbolçusu Coy-Lens Mikkels və "Şamaxı"nın futbolçusu Leroy Mikkelsin qardaşıdır. O, Coy-Lenslə əkiz qardaşdır.

Coy-Slayd son dəfə Almaniyanın həvəskarlar liqasında yarışan "Ay-Yıldızspor" klubunda oynayıb. “Borussiya”(Münhenqladbax) klubunun yetirməsi olan Mikkels “Arau”, “Strommen”, “Allemaniya”(Ahen), “Rodinqhauzen” komandalarında çıxış edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью