Səbail Braqa və Malaqa ilə əməkdaşlığa başlayacaq mübadilə proqramı üzərində iş gedir

22.10.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Premyer Liqanı hədəfləyən "Səbail" ciddi layihələrə hazırlaşır. Sportalaz.ın əldə etdiyi məlumata görə, I Liqada çempionluğa iddialı klub Portuqaliyanın "Braqa" və İspaniyanın "Malaqa" klublarıyla əməldaşlığı planlaşdırır. 

"Səbail" hər iki klubla mübadilə proqramı həyata keçirəcək. Layihənin əsas məqsədi "Səbail"in akademiyasının futbolçularının və məşqçilərin bu xarici klublarda təcrübə keçməsi, daha da püxtələşməsidir. Eyni zamanda gələcəkdə həmin klubların B komandalarında olan gənclərin "Səbail"ə cəlb olunması da nəzərdə tutulub. 

Qeyd edək ki, yaxın zamanlarda "Səbail"in adı dəyişib "Quba" olacaq. Klub bundan sonra həmin bölgəni təmsil edəcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью