“Səbail” bu legioneri göndərəcək

24.12.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Səbail” legionerlərdən daha birini yola sala bilər. 
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisinin yollarını ayırmaq istədiyi digər oyunçu isə Madi Ketadır. Belə ki, klub onu yola salmağı planlaşdırır. 
Cavid Hüseynov Ketanın əvəzinə başqa legioneri komandaya cəlb etmək istəyir.
 

Hazırda tərəflər arasında danışıqlar gedir. 26 yaşlı yarımmüdafiəçinin “Səbail”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.


Qeyd edək ki, Keta “Səbail”ə yanvarın 19-da Portuqaliyanın “Mafra” klubundan keçib. O, buna qədər “Porto” B, “Farense”, “Çerno More”, “Vilafrankense” komandalarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью