“Səbail” bu stadiona köçür: Qubaya qədər müvəqqəti ev

12.08.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Səbail"in növbəti mövsüm ev oyunlarını keçirmək istədiyi stadion müəyyənləşmək üzrədir. Sport24.az bu barədə kluba yaxın mənbədən məlumat əldə edib.
I Liqa təmsilçisi rəqiblərini müəyyən müddət Masazırdakı "Bank Respublika Arena"da qəbul etmək niyyətindədir.
Belə ki, "Sabah"ın Mərdəkandakı "Liv Bona Dea Arena"ya köçəcəyi gözlənilir. Bu baş tutacağı təqdirdə "Səbail" ev oyunlarını Masazırda keçirəcək.
Bakı təmsilçisinin burada uzun müddət qalmaq niyyəti yoxdur. Klub Qubadakı stadionu təmir etdikdən sonra ev oyunlarını həmin arenada keçirməyi və tezliklə Qubada məskunlaşmağı planlaşdırır.
Qeyd edək ki, I Liqada mövsümə sentyabrın 3-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью