“Səbail” çempion oldu

29.06.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

AFFA tərəfindən təşkil olunan U-14 Qızlar Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Səbail”in 14 yaşadək futbolçulardan ibarət komandası cari mövsümün finalında, “ASCO Arena”da “Baku Sporting”lə qarşılaşıb. “Dənizçilər” rəqibinə Tahirə Rəcəb və Suel Polikarpovanın qolları ilə 2:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.

Ehtibar Həsənovun rəhbərlik etdiyi kollektiv mövsüm ərzində keçirdiyi 21 qarşılaşmada 20 qələbə və 1 məğlubiyyətə imza atıb. “Səbail” bu oyunlarda ümumilikdə 130 qol vurub və öz qapılarından 6 top buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью