Səbail dən ayrılan Elvin Məmmədovun yeni iş yeri bilindi

04.12.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Ötən həftə I Liqa təmsilçisi "Səbail"in baş məşqçisi postundan ayrılan Elvin Məmmədovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, gənc mütəxəssis "Qəbələ" klubu ilə anlaşıb. 

O, bölgə təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis oktyabrda "Kəpəz"ə yollanan Rakif Əliyevin gedişindən sonra boş qalan posta gətirilib.

Qeyd edək ki, "Qəbələ"nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 6-cı yerdə qərarlaşıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью