“Səbail” FK müdafiəsini Maudo Jarjue ilə gücləndirir

13.07.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Qambiyalı futbolçu Maudo Jarjue yenidən Azərbaycanda çıxış etməyə hazırlaşır.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın debütantı "Şəfa" ilə razılığa gəlib.

Tərəflər arasında müqavilənin bütün şərtləri razılaşdırılıb. Yaxın günlərdə Bakıya gələcək futbolçunun tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Maudo Jarjue ötən mövsümü Şimali Makedoniyanın "Struqa" klubunda keçirib. Qambiya millisinin sabiq üzvü 2017-2019-cu illərdə "Səbail"in də formasını geyinib və Azərbaycan çempionatında çıxışı ilə tanınır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью