Səbail futbol klubu Qubanı təmsil edəcək

07.08.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Səbail" futbol klubu Qubanı təmsil edəcək.

BAKU.WS xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.

O, "Səbail"in bölgədə rəğbət qazanacağına əminliyini ifadə edib:

"Bu komanda sadəcə Quba adı ilə fəaliyyət göstərməyi deyil, həm də bölgədə sevilməyi düşünür. Necə ki, "Kəpəz" Gəncədə, "Turan Tovuz" isə Tovuzda rəğbət qazanıb, "Səbail"in də bölgə futboluna töhfə verəcəyinə əminik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью