Səbail heyətini Ruanda millisinin futbolçusu ilə gücləndirəcək

03.01.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının autsayderi "Səbail" heyətini Ruanda millisinin futbolçusu ilə gücləndirmək qərarına gəlib.

Redaktor.az "Sportinfo"ya istinadla xəbər verir ki, adı açıqlanmayan futbolçu artıq Cavid Hüseynovun başçılıq etdiyi klubla razılaşıb.

Futbolçunun keçidi qış transferi pəncərəsində gerçəkləşəcək.

Qeyd edək ki, "Zirə"nin formasını geyinən Ange Mutsinzinin millidəki komanda yoldaşı qarşıdakı beş ayı Azərbaycanda keçirməyə razılaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью