“Səbail” iki legionerini saxlayacaq

31.07.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni mövsümdə I Liqada çıxış edəcək "Səbail" heyəti komplektləşdirməkdə davam edir. Sport24.az xəbər verir ki, "dənizçilər" mövsümlərarası fasilədə heyətə yerli oyunçular cəlb etməklə yanaşı, ötən mövsüm komandanın formasını geyinmiş bəzi legionerləri də düşərgədə saxlamağa qərar verib.

Redaksiyamıza daxil olan bilgiyə əsasən "dənizçilər" Daviq Qomis və Dmitri Litvinlə yola davam edəcək. Həm ukraynalı müdafiəçi, həm də Qvineya-Bisau əsilli fransalı hücumçu daha bir mövsüm "Səbail"in formasını geyinəcək.

Qeyd edək ki, son mövsümün yekunlarına əsasən paytaxt təmsilçisi Misli Premyer Liqasında sonuncu olmaqla I Liqaya yuvarlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью