Səbail in daha bir futbolçusu evlənir

19.12.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha bir futbolçu subaylığın daşını atır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Səbail"in hücumçusu Kamran Quliyev bu gün ailə həyatı quracaq. 

24 yaşlı futbolçunun Toy mərasimi paytaxtdakı "Flaminqo" şadlıq sarayında olacaq. 

Qeyd edək ki, veteran futbolçu Rüfət Quliyevin oğlu olan Kamran yayda "Səbail"ə qoşulub. Son olaraq “Sumqayıt”da çıxış etmiş hücumçu Kamran Quliyevlə 1+1 illik müqavilə imzalanıb. 

Dekabrın əvvəlində "Səbail"in daha bir futbolçusu Bahadur Həziyevin də toyu olmuşdu.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью