Səbail in Qarabağ sınağı

06.02.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən ilk oyunlara Bayılda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Səbail" "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edəcək.

Heç şübhəsiz ki, matçın və cütün favoriti Ağdam təmsilçisidi. "Dənizçilər" Premyer qalmaq uğrunda mübarizə aparır. Sadəcə, maraqlıdı ki, Qurban Qurbanovun yetirmələri cütün taleyini ilk oyunda həll edəcək, yoxsa ikinci qarşılaşmaya da intriqa qalacaq?

Qeyd edək ki, matç saat 18:30-da başlayacaq.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

18:30. "Səbail" - "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov 
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı. "ASCO Arena"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью