Səbail in sabiq futbolçusu Şəfa da

20.07.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Səbail"in sabiq futbolçusu "Şəfa"da

“Şəfa” növbəti transferini gerçəkləşdirib.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi müdafiəçi Maudo Lamin Jarjueni heyətinə qatıb. Klub onunla ilə 2 illik müqavilə imzalayıb.

28 yaşlı qambiyalı futbolçu daha əvvəl Azərbaycanda “Səbail”in formasını geyinib.

Qeyd edək ki, Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib. Maudo Jarju Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью