Səbail in şikayəti təmin olunmadı 4 oyunluq cəza qüvvədə qaldı

04.04.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda "Səbail"in şikayətinə baxılıb. Qurum şikayəti təmin etməyib:

“Səbail” komandasının futbolçusu Süleyman Alluş (Soulyman Allouch) barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Səbail” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 9 mart 2025-ci il tarixdə Misli Premyer Liqasında XXVI tur çərçivəsində keçirilən “Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” komandasının 14 nömrəli futbolçusu Süleyman Alluş (Soulyman Allouch) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 40.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью