“Səbail” “Kəpəz”i qəbul edir YENİLƏNİR İdmanXəbər

25.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında 20-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. 

Günün ilk oyununda autsayderlər üz-üzə gələcək. “Səbail” öz meydanında “Kəpəz”i qəbul edəcək.

Hazırda paytaxt klubu 12 xalla turnir cədvəlində sonuncu – 10-cu yeri tutur. Rəqibindən 2 xal artıq toplayan Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb. 

Misli Premyer Liqası

20-ci tur

25 yanvar

16:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

VAR: Tural Qurbanov

AVAR: Elşad Abdullayev

“ASCO Arena”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью