Səbail klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır

23.10.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Səbail" Futbol Klubunun rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionunda ev oyunlarını keçirmək məqsədilə danışıqlar aparır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq I Liqa təmsilçisindən məlumat verilib.

Klubdan bildirilib ki, rəqibləri məhz Quba şəhərində qəbul etmək istəyirlər:

"Komandanın adının dəyişdirilməsi proseduru hələ başa çatmayıb, bu istiqamətdə işlər davam etdirilir. Klub rəhbərliyi Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı danışıqlar aparır. Yəqin ki, yaxın vaxtlarda həmin stadionda bərpa işlərinə başlanılacaq".

Qeyd edək ki, "Səbail" mövsümün startında ev matçlarını Binə qəsəbə stadionunda keçirib. VII turda "Gəncəbasar"la ev oyunu isə "Bank Respublika Arena"da baş tutacaq.

Komanda hazırda I Liqada 11 xalla turnir cədvəlinin 4-cü sırasında yer alıb və lider "Gəncəbasar"dan 4 xal geridədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью