Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Hazırda "Səbail"də maliyyə vəziyyəti stabildir. Güclü heyət formalaşdırmaq üçün fəaliyyətimiz davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir".
Demokrat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti Mirzə Bayrampur deyib.
Səbail klubunun adı dəyişdirilir
O, komandanın qarşısına yüksək hədəflər qoyduqlarını bildirib:
"Əvvəllər "Şimal" klubunu İkinci Liqadan Birinci Liqaya yüksəltmişəm. Ötən mövsüm isə "Şahdağ Qusar"da icraçı direktor vəzifəsində çalışmışam. "Səbail"də əsas məqsədimiz Birinci Liqanın qalibi olaraq birbaşa Premyer Liqaya vəsiqə qazanmaqdır. Komandanı Premyer Liqa səviyyəsinə uyğun formalaşdırmaq istəyirik. Bunun üçün həm təcrübəli, həm də perspektivli yerli futbolçuların cəlb olunması istiqamətində iş aparırıq. Baş məşqçi vəzifəsini Elnur Abdullayev icra edəcək".
Klub rəhbəri stadion məsələsi ilə bağlı hazırda iki variant üzərində işlədiklərini söyləyib:
"ASCO Arena və Quba şəhər stadionu ilə bağlı danışıqlar aparılır. Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Əgər Quba stadionu ilə bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək. Belə olan halda, komandanın adı da dəyişdirilərək "Quba" olacaq. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı ASCO Arenada keçirəcəyik. Bununla bağlı danışıqlar yekun mərhələdədir. Lakin planımız növbəti mövsümdən etibarən "Quba" adı altında fəaliyyət göstərməkdir".
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti Mirzə Bayrampur deyib.