Səbail klubunun keçmiş baş məşqçisinə AFFAda vəzifə verilib?

27.12.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

AFFA rəhbərliyinin tanınmış veteran futbolçu Mahmud Qurbanova vəzifə verməsi ilə bağlı yerli mediada xəbərlər paylaşılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli xəbərlərin tamamilə əsassız olduğunu bildirib.

"AFFA tərəfindən Mahmud Qurbanova hər hansı təklif olmayıb. Deyilənlər həqiqəti əks etdirmir", - deyə qurumun nümayəndəsi söyləyib.

Qeyd edək ki, Mahmud Qurbanovun son iş yeri Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubu olub.

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью